Prezident Perinatal Mərkəzdə baş verən yanğını nəzarətə götürdü

saytların hazırlanması

Evə çatdırılma

Prezident Perinatal Mərkəzdə baş verən yanğını nəzarətə götürdü

Sosial

09 Yanvar 2024 12:37 421


Respublika Perinatal Mərkəzində baş verən yanğın elektrik mənşəlidir. 

Yenisabah.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Baş prokuror Kamran Əliyev deyib. 

O bildirib ki, ekspertizanın rəyindən sonra körpələrin ölüm səbəblərinin yanıq mənşəli, yoxsa boğulma nəticəsində olduğu bəlli olacaq.  Marqarita pizza

Kamran Əliyev qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsini nəzarətə götürüblər. 

O əlavə edib ki, hadisə ölkə rəhbərliyinin nəzarətindədir. Faktla bağlı cinayət işi başlanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!