Prezident Qarabağ iqtisadi rayonuna xüsusi nümayəndə təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Prezident Qarabağ iqtisadi rayonuna xüsusi nümayəndə təyin etdi

Maraqlı

01 Dekabr 2021 16:49 1195


Prezident İlham Əliyev Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Yenisabah.az xəbər verir ki, sərəncama əsasən, Emin Zamin oğlu Hüseynov “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Xatırladaq ki, Emin Hüseynov bu ilin mayında Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi təyin edilmişdi. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!