Prezident İlham Əliyev Rəşad Məmmədovun Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması barədə fərman imzalayıb.
"Yeni Sabah" xəbər verir ki, digər fərmanala o, Özbəkistana səfir təyin olunub.
Prezidentin digər sərəncamı ilə Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda Malta Respublikasında, San Marino Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb və Azərbaycanın Türkiyədəki səfiri vəzifəsinə təyin olunub. pizza hut
Telegram kanalımız