Prezident söyüş söyən icra başçısını danladı

saytların hazırlanması

Evə çatdırılma

Prezident söyüş söyən icra başçısını danladı

Dünya

07 İyul 2019 13:47 2595


Özbəkistan prezidenti Şövkət Mirziyoyev Əndican vilayətinin icra hakimi, yerli səhiyyə idarəsinin rəhbərini söyən Şuxrat Abdurəhmanovu yüngülvari danlayıb. 

 “Azadlıq” radiosunun özbək xidməti bildirir ki, Mirziyoyev iyulun 5-də keçirdiyi selektor müşavirəsi zamanı Abdurəhmanovun bir neçə gün əvvəl internetdə yayılmış səs yazısından danışıb, icra hakimini “təmkinli olmağa” çağırıb.

Xəbər verildiyi kimi, Əndicanın icra hakimi keçirdiyi müşavirə zamanı yerli səhiyyə idarəsinin rəhbərini “mraz”, “cırndır”, “impotent”, “heyvan” və s. bu kimi ifadələrlə söyüb, onu tikə-tikə edəcəyini deyib. Habelə səhiyyə nazirinin ünvanına ağır söyüşlər yağdırıb. Abdurəhmanovu qəzəbləndirən isə budur ki, Əndican səhiyyə idarəsinin rəhbərliyi yerli şpris zavodunun buraxdığı şprislərin keyfiyyətsiz olduğu barədə səhiyyə nazirinə şikayət edib. Nazir isə öz növbəsində məsələ ilə bağlı Baş prokurora məktub yazıb. pizza

Həmin zavodun buraxdığı şprislərdən və tibbi əlcəklərdən istifadə barədə icra hakimi özü tapşırmıdı. Və səhiyyə idarəsinin rəhbərinin ondan gizli yuxarılara şikayət etməsinə görə bərk qəzəblənib.

“Mən sənə hörmət edirəm. Amma haqqında internetdə yayılanları eşidəndə mənim üçün ağrılı oldu. Təmkinli ol. Sədaqət başqa şeydir, fəaliyyət başqa”, - Mirziyoyev söyüşçül hakimə deyib.

Abdurəhmanov isə öz növbəsində dövlət başçısına deyib ki, səhvlərini başa düşüb, üzr istəyib və bir daha belə hərəkətə yol verməyəcək.

Virtualaz.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!