Prezident tapşırıq verdi: Qanunsuz  parklanma ləğv edildi   - Təqsirkar cəzalandırılacaq

saytların hazırlanması

Evə çatdırılma

Prezident tapşırıq verdi: Qanunsuz parklanma ləğv edildi - Təqsirkar cəzalandırılacaq

Sosial

07 İyun 2022 15:02 12266


Ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların qanunsuz kəsimi və qeyri-qanuni parklanma yerinin yaradılması ilə bağlı müvafiq araşdırmalara başlanılıb. 

Bu barədə Yenisabah.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, az öncə sosial şəbəkələrdə  Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılmışdı. Qanunsuz parklanma  Azərbaycan Respublikası Kinomatoqrafçılar İttifaqı tərəfindən yaradılıb. Ölkə başçısının tapşırığına uyğun olaraq dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb. Həmçinin təqsirkarların müəyyən edilməsi məqsədilə araşdırmalara aparılır. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!