İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı“ təqdim olundu -   YENİLƏNDİ

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı“ təqdim olundu - YENİLƏNDİ

Siyasət

04 Fevral 2026 18:12 625


Azərbaycan Prezidenti İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı" təqdim olunub.

“Yeni Sabah” xəbər verir ki, dövlət başçısı bu mükafata Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə layiq görülüb.

Qeyd edək ki, 2026-cı ilin mükafatçıları dialoq və birgəyaşayış sahəsində tanınmış şəxslər və mütəxəssislərdən ibarət müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən seçilib. pizza hut

***

17:27

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilir.

“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin Himni səsləndirilib.

“Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı videoçarx nümayiş etdirilib.

Sonra Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam çıxış edib.

Mərasimdə Prezident İlham Əliyev çıxış edib.

Daha sonra Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış edib.

Tədbirdə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı, "Zayed İnsan Qardaşlığı Mükafatı"nın digər laureatı Zarqa Yaftalı çıxış edib.

Mərasimdə, həmçinin “Taavon” Fələstin təşkilatı adından Nabil Qaddumi nitq söyləyib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!