“Prezidentliyə namizədimiz cənab Ərdoğandır” - Dövlət Bağçalı

“Prezidentliyə namizədimiz cənab Ərdoğandır” - Dövlət Bağçalı

Siyasət

24 Yanvar 2023 17:25 384


Türkiyədə prezident seçkiləri yaxınlaşdıqca, iqtidar və müxalifət cəbhəsindəki gərginlik də artır.

Yenisabah.az “Sözcü”yə istinadla xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı “Cumhur İttifaqı”nın üzvü olan Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı “Millət İttifaqı”na üzv olan CHP, İYİ Parti, SAADET, DP və digər müxalifət partiyalarını sərt tənqid edib.

Bundan əlavə, partiya rəhbəri AKP sədri, Prezident R. T. Ərdoğanın yenidən namizəd olması məsələsinə də aydınlıq gətirib: 

“Cənab Rəcəb Tayyib Ərdoğanın yenidən namizəd ola bilməyəcəyini iddia edənlər qanundan xəbərsizdirlər”.

D. Bağçalı bütün bunların boş bir şey olduğunu söyləyib: 

“Namizədimiz bəllidir, qərarımız bəllidir. Bizim prezidentliyə namizədimiz cənab Rəcəb Tayyib Ərdoğandır. Keçən il seçki qanunlarında etdiyimiz dəyişikliklər 14 may 2023-cü il tarixində qüvvədə olacaq”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!