Priqojın: “Moskvaya hücuma görə onlar məsuliyyət daşıyır“

saytların hazırlanması

Evə çatdırılma

Priqojın: “Moskvaya hücuma görə onlar məsuliyyət daşıyır“

Dünya

30 May 2023 16:17 830


Rusiyanın “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojın mayın 30-da paytaxt Moskvaya pilotsuz uçuş aparatları (PUA) ilə hücuma görə ölkənin Müdafiə Nazirliyini tənqid edib. 

Yenisabah.az-ın xəbərinə görə, o, yaydığı videomüraciətdə bildirib ki, hücumla bağlı Rusiya Müdafiə Nazirliyi məsuliyyət daşıyır.

“Vaqner” rəhbəri Müdafiə Nazirliyinin rəhbərliyini təhqir edib. pizza hut

Qeyd edək ki, “Vaqner”lə Rusiya Müdafiə Nazirliyi arasında gərginlik uzun müddətdir davam edir. Y.Priqojın daha əvvəl bildirmişdi ki, “Vaqner” iyunun 1-də Donetsk vilayətinin Baxmut şəhərindən tamamilə çıxacaq.

Qeyd edək ki, mayın 30-da Moskvaya PUA ilə hücum olub. Hadisə nəticəsində iki nəfərin yaralandığına, bir neçə binaya ziyan dəydiyinə dair xəbərlər yayılıb. /Report/ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!