“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinə qarşı cinayət işi açılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Rusiyanın Milli Antiterror Komitəsindən məlumat verilib.
Onun silahlı üsyana çağırış edən ifadələr səsləndirməsi buna səbəb kimi göstərilib. Pepperoni pizza
Komitə Priqojini qanunsuz hərəkətlərə son qoymağa çağırıb:
“Yevgeni Priqojinin adından yayılan iddiaların heç bir əsası yoxdur. Bu bəyanatlarla əlaqədar Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana çağırış faktı üzrə cinayət işi açıb. Biz qanunsuz hərəkətlərə dərhal son qoyulmasını tələb edirik”.
Telegram kanalımız