Priqojinə qarşı cinayət işinə xitam verilməyib 

saytların hazırlanması

Evə çatdırılma

Priqojinə qarşı cinayət işinə xitam verilməyib 

Dünya

26 İyun 2023 12:45 650


Rusiyada "Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojinə qarşı cinayət işinə xitam verilməyib. 

Yenisabah.az xəbər verir ki, bu barədə  Baş Prokurorluqdakı mənbə "RİA Novosti"yə bildirib. 

Xatırladaq ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib.  pizza hut

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında Priqojinə qarşı açılmış cinayət işinə xitam veriləcəyini, onun Belarus ərazisinə məskunlaşacağını bildirib./Modern.az  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!