Keçmiş "Kristal" qrupunun rəhbəri, prodüser Mədinə Malik aparıcı Zümrüd Bədəlova və Vüsalə Əlizadənin ünvanına sərt sözlər səsləndirib.
Yenisabah.az xəbər verir ki, “Tarixin bir günü” proqramında qonaq olan 53 yaşlı prodüser gənc aparıcıların “yuxarıdan getdiklərini” iddia edib:
“İllərlə tanıdığım aparıcılar var, mən 20 ildir şou-biznesdəyəm, onlar balaca uşaq idilər. Söhbət Zümrüd Bədəlova, Vüsalə Əlizadədən gedir. Bir az özünüzü aşağıdan aparın! Sənə yığıram, köməkçin açır. Mən səni 50 dəfə maşınıma mindirib gecə 2-3 də evinə aparmışam! Afaq Gəncəlidən artıq olacaqsınız?! Vüsalə Əlizadə xanımın köməkçisi götürür, guya bu çox məşğuldur. Bir az sadə olun! Ən azından bir-birimizin arasında sadə olaq”. Dominos pizza
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız