Prokuror keçmiş icra başçısı üçün 13 il həbs cəzası istədi

saytların hazırlanması

Evə çatdırılma

Prokuror keçmiş icra başçısı üçün 13 il həbs cəzası istədi

Maraqlı

26 Sentyabr 2023 17:16 513


Şəmkir rayon icra hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmədə prokuror Alimpaşa Məmmədovun 13 il azadlıqdan məhrum edilməsini istəyib.

Bundan sonra hakim təqsirləndirilən şəxsin vəkillərinə müdafiə çıxışlarını hazırlamaq üçün oktyabrın 3-nə qədər vaxt verib. pizza mizza

Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!