Prokurorluq uşaq hüquqlarının müdafiəsi üzrə dövlət nəzarəti qurumları siyahısına daxil edildi

saytların hazırlanması

Evə çatdırılma

Prokurorluq uşaq hüquqlarının müdafiəsi üzrə dövlət nəzarəti qurumları siyahısına daxil edildi

Rəsmi

15 İyul 2026 16:19 49


Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti qaydasında dəyişiklik edilib.

"Yeni Sabah" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmanla dövlət nəzarəti sahəsində funksiyaları olan qurumlar siyahısına prokurorluq orqanı da əlavə edilib. Marqarita pizza

Belə ki, prokurorluq orqanı qanunla müəyyən edilmiş hallarda uşaqların hüquqlarını və qanuni mənafelərini məhkəmədə müdafiə edəcək, dövlət qurumlarına müraciət edəcək, məhkəmədə iddia qaldıracaq.

Həmçinin uşaqlarla bağlı cinayət işləri və inzibati xəta haqqında işlər üzrə qanunla müəyyən edilmiş hallarda və qaydada qanunların icrasına nəzarəti həyata keçirəcək.

Bundan başqa, Ailə Məcəlləsinin 72.2-ci və 116-1.5-ci maddələrinin birinci cümlələrinə uyğun olaraq, uşağın sağlamlığının və ya həyatının birbaşa təhlükədə olması ilə bağlı qəyyumluq və himayəçilik orqanlarının və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına baxacaq və qanunda nəzərdə tutulmuş tədbirləri görəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!