“Psixi pozuntusu olanlar, savadsızlar mötəbər adama çevrildilər” – Faiq Ağayev

saytların hazırlanması

Evə çatdırılma

“Psixi pozuntusu olanlar, savadsızlar mötəbər adama çevrildilər” – Faiq Ağayev

Şou

16 İyul 2020 10:40 1175


Xalq artisti Faiq Ağayev televiziya və internetdə məlumat yayanların bəzilərini xəstə düşüncəli adlandırıb. 

Yenisabah.az xəbər verir ki, son günlər baş verən hadisələrə sənətçi sərt reaksiya verib:

"Problem bilirsiniz nədir? Real psixi pozuntusu olanlar əvvəl TV vasitəsi ilə, sonra da internet üzərindən qarşımıza gətirildi, biz də onların xəstə düşüncələrini müşahidə və həzm etmək məcburiyyətində qaldıq. Və bir də ki, savadsızlar. Heç bir səthi biliyi belə olmayanlar ekspertlik, influenserlik, mötəbər tribuna mərtəbəsinə ucaldıldı. Avamlıq, cahillik çökdü millətin üzərinə. Ardından da deyildi ki, "hər kəsin fikrinə hörmətlə yanaşmaq gərək". Yəni, dəlinin də, dərrakəsizin də, "moşennik"in də, cindarın da. İndi də hamımız bir sualla yaşayıb, çapalayırıq - "Nə etməli?" pizza hut

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!