“Psixoloji durumum işləməyə imkan vermir” - Talıb Tale

saytların hazırlanması

Evə çatdırılma

“Psixoloji durumum işləməyə imkan vermir” - Talıb Tale

Şou

08 Yanvar 2021 23:11 1668


"Son günlər gündəmə gəlməyə ehtiyac duymuram. Hətta çalışdım kənarda qalım. Heç psixoloji durumum da o deyil".

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Talıb Tale "Xəbər-ətər" proqramında deyib. Sənətçi son günlər əhvalı olmadığından heç bir iş görmək istəmədiyini söyləyib:

"Mahnılarım çoxdur, amma psixoloji durumum işləməyə imkan vermir. Düşünürəm ki, pandemiyadan sonra dəyişiklər çox olacaq. Hər şeyin vaxtı var: indi kənara çəkilmək lazımdır. Marqarita pizza

Çoxları mahnıları dinləmədən sənə şərh verirlər: bayağıdır, nədir. Bunu qəbul etmirəm. Yeni ifaçılar çox çıxır, nə gəldi oxuyurlar. Onlara məsləhət verirəm ki, etməsinlər. Deyirlər, nə gəldi oxuyum, təki tutsun. Bu cür işlər onların ziyanına olacaq, eləsi uzun yol gedə bilməz. Oxuduğun mahnının baxış sayı çox ola bilər, amma səni normal tədbirə çağırıb, yaxşı pul verməyəcəklər". /Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!