“Pulunun olmağı, yüksəlməyin önəmli deyil“   - İradə İbrahimova

saytların hazırlanması

Evə çatdırılma

“Pulunun olmağı, yüksəlməyin önəmli deyil“ - İradə İbrahimova

Şou

18 Dekabr 2020 13:08 961


"Önəmli olan harada olduğun, nə qədər uğur qazandığın, yüksəldiyin, pulunun olmağı deyil. Məncə, önəmli olan neçə insan sağaltmağın, yüksəltməyin, ilham verməyin, ruhuna toxunmağındır".

Yenisabah.az xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan müğənni İradə İbrahimova sosial şəbəkədə yazıb. Əsgərin pianoda ifasını yayımlayan sənətçi bunları əlavə edib:

"Mənim ruhuma toxunan, çox şeyi görməyimə vəsilə olan, olduğum kimi qalmağıma imkan verməyən hər kəsə, hər şeyə məndən böyük təşəkkür. Əsgərimizin bu möhtəşəm ifası məni çox duyğulandırdı. Kim bilir hansı duyğularla ifa edib. İfa mənə "Yaşamaq Allahın əmridir. Hamımız əmr quluyuq və aldığımız hər nəfəsin qiymətini bilək, doya-doya yaşayaq" dedi. pizza mizza

Dünyaya savaşdakı igidlikləri ilə yanaşı mədəniyyətimizi də nümayiş etdirən Azərbaycan əsgəri, çox yaşa. Harada yaşam varsa, orada ümid var. Həyatın içində gördüyümüz hər gözəl şey yaşamaq üçün bir vasitədir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!