Pünhan Piriyev yenidən Xalq artisti Alim Qasımovun 15 min manat istəməsindən danışıb.
“Yeni Sabah” xəbər verir ki, ifaçı sosial şəbəkədə vasitəsilə bəzi xəbər saytlarına müraciət ünvanlayıb və başlıqların düzgün yazılmasını istəyib.
Onun sözlərinə görə, Alim Qasımova böyük hörmət bəsləyir və onu xalqın sevilən sənətkarı hesab edir: Dominos pizza
“Buradan səslənirəm bəzi xəbər saytlarına, başlığı düzgün yazın. Mən yenə deyirəm, ustad Alim Qasımova böyük hörmətim var. Xalqımızın sevilən sənətkarıdır. Sadəcə, Alim müəllimə zəng vurdum, dedim ki, ad günümdə gələ bilmədiniz, atamın, anamın, arzusu bu olub ki, toyumun açılışını siz edərdiniz. Etməsəzdiniz də, böyük kimi başda əyləşərdiniz”.
P.Piriyev bildirib ki, Alim Qasımovun onun toyunda iştirak etmək üçün 15 min manat istəməsi ona xoş gəlməyib:
“Alim müəllim, o dəyər, diqqət, qayğı qarşılığında “15 min ver, gəlim” deməyi mənə xoş olmadı. Mən də bilirəm, Alim müəllimə 15 min yox, 50 min də azdır sənətinin qarşısında. Həmişə üz-üzə gələndə mənə xoş sözlər deyib, mənə “əzizim, balam” deyə müraciət edib”.
Müğənni qeyd edib ki, onu əsas narahat edən məbləğ deyil, illərdir bəslədiyi səmimiyyətin qarşılığında belə bir münasibətlə üzləşməsidir:
“Niyə o qədər dəyərin qarşılığında məni tanıya-tanıya 15 min pul istədi? Mən pula satmamışam səmimiyyətimi və şəxsiyyətimi. Mənə təsir edən budur, başqa heç nə”.
Aydan Hacı
Telegram kanalımız