Putin Ağasandyanı Rusiyanın KTMT yanında yeni daimi nümayəndəsi təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Putin Ağasandyanı Rusiyanın KTMT yanında yeni daimi nümayəndəsi təyin etdi

Siyasət

21 Sentyabr 2021 23:46 1173


Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Mikael Ağasandyanı ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) daimi və səlahiyyətli nümayəndəsi təyin edib.

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, sərəncam bu gün imzalanıb.

Qeyd edək ki, Mikael Ağasandyan 2015-ci ildə Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktor müavini vəzifəsinə təyin edilib. BMT Təhlükəsizlik Şurasının fəaliyyəti, Yaxın Şərq və Şimali Afrikadakı vəziyyət, sanksiyalar siyasəti, Balkan münasibətləri ilə bağlı məsələlərə nəzarət edib. Bundan əvvəl o, Rusiyanın BMT yanında daimi nümayəndəliyində çalışıb. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!