Putin qanun imzaladı: Hərbi əməliyyatlarda iştirakdan imtinaya görə 10 ilə qədər həbs

Putin qanun imzaladı: Hərbi əməliyyatlarda iştirakdan imtinaya görə 10 ilə qədər həbs

Dünya Veb saytların hazırlanması

24 Sentyabr 2022 20:08 983


Rusiya Prezidenti Vladimir Putin hərbi əməliyyatlarda iştirakdan imtina etməyə görə 10 ilə qədər həbs cəzası haqqında qanunu imzalayıb.

Yenisabah.az xəbər verir ki, Rusiya Prezidenti tərəfindən Cinayət Məcəlləsinə edilən dəyişikliklərlə bağlı qanun layihəsi imzalanıb. Belə ki, Putininin imzaladığı qanun layihəsində hərbi qulluqçuların hərbi xidmətə getməməsinə və fərariliyə, könüllü təslim olmaya və hərbi əməliyyatlarda iştirakdan imtina etməyə görə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Qeyd edək ki, sentyabrın 20-də Rusiya Dövlət Duması Cinayət Məcəlləsinə “səfərbərlik”, “hərbi vəziyyət”, “müharibə vaxtı” və “silahlı münaqişə” anlayışlarının daxil edilməsi, habelə bu dövrlərlə bağlı cinayətlərə görə məsuliyyətin sərtləşdirilməsini nəzərdə tutan dəyişikliklərin olduğu qanun layihəsini ikinci və üçüncü oxunuşda təsdiqləyib. Qanunvericiliyə edilən dəyişikliklərin təşəbbüsü Dövlət Dumasının bütün fraksiyalarının deputatları, həmçinin senatorlar Andrey Klişas və Olqa Kovitidi hazırlayıb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!