Putin Qarabağa dair ən aktual və kəskin problemi açıqladı
07 Apr 2021 18:18
785

Putin Qarabağa dair ən aktual və kəskin problemi açıqladı

“Qarabağda vəziyyətin normallaşdırılması ən aktual və təcili problemdir”.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin aprelin 7-də Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə deyib.

“Sözsüz, ikitərəfli münasibətlər baxımından bizim danışacaq məsələlərimiz var. Əlbəttə, ən aktual, ən kəskin problem – Dağlıq Qarabağ və ətrafında şəraitin normallaşmasıdır”, - Rusiya prezidenti vurğulayıb.

V.Putin bildirib ki, nəqliyyat marşrutlarının bərpası regionda Ermənistana inkişaf üçün yeni imkanlar qazandıracaq. (Report)

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər