Rusiyanın Sverdlovsk vilayətinin şimalında "Qrot" (obyekt 1335) kod adlı gizli bir obyekt inşa edilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Dosye" Mərkəzinin araşdırmaçıları hesabat dərc edib.
Onlar iddia edir ki, bu nəhəng bunker Putin üçün tikilib. pizza mizza
2005-ci ildən 2010-cu ilə qədər obyektin modernləşdirilməsinə rəhbərlik edən təqaüdçü general-mayor Viktor Xalinin sözlərinə görə, Prezident Vladimir Putin 2005-ci ilin may ayında yeni komanda və idarəetmə bölməsinin tikintisi ilə bağlı gizli fərman imzalayıb.

"Qrot" ölkə rəhbərliyinin məhv edilməsi halında avtomatik olaraq cavab nüvə zərbəsi endirmək üçün nəzərdə tutulmuş strateji obyektdir. O, dağın içərisində yerləşir və yeraltı kameralar və tunellər, radio mərkəzləri, rabitə və həyat təminatı sistemləri, eləcə də strateji nüvə qüvvələrinin komandanlıq və idarəetmə avadanlıqlarını ehtiva edir.
Tikintisinə 1982-ci ildə başlayan layihə üçün 22.000 ton polad və 56.000 ton sement tədarük edilib. Hesablamalar göstərir ki, bu miqdarda materialla iki böyük müasir Moskva metro stansiyasını və bitişik tunelləri tikmək üçün kifayət qədər beton örtük istehsal edilə bilərdi.
Telegram kanalımız