Rusiyanın sabiq müdafiə naziri və Prezident Vladimir Putinin uzun illər yaxın silahdaşlarından olmuş Sergey İvanov 73 yaşında vəfat edib.
“Yeni Sabah” xəbər verir ki, onun ölümü barədə Rusiyanın VTB Birləşmiş Liqasının mətbuat xidməti məlumat yayıb. Sergey İvanov həmin qurumun fəxri prezidenti vəzifəsini daşıyırdı. Ölüm səbəbi hələlik açıqlanmayıb.
Məlumatı həmçinin Rusiyanın Hərbi-Tarix Cəmiyyəti də təsdiqləyib. İvanov uzun illər Rusiya siyasi elitasının ən nüfuzlu simalarından biri hesab olunurdu və müxtəlif dövrlərdə ölkənin təhlükəsizlik və müdafiə siyasətinin formalaşmasında mühüm rol oynayıb. pizza hut
Sergey İvanov 2001-2007-ci illərdə Rusiyanın müdafiə naziri vəzifəsində çalışıb. Daha sonra Prezident Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının daimi üzvü və prezidentin xüsusi nümayəndəsi kimi fəaliyyət göstərib. Bir vaxtlar onun Vladimir Putinin mümkün varislərindən biri olduğu da qeyd edilirdi.
Qeyd edək ki, Sergey İvanovun ölümü ilə bağlı Rusiyada bir sıra dövlət və ictimai xadimlər başsağlığı mesajları yayıblar.
Telegram kanalımız