Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidentinin türkiyəli vəzifədaşına xüsusi hədiyyəsini Soçi görüşündə açıqlayıb.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, Vladimir Putin Rəcəb Tayyib Ərdoğanla onun həyatından bəhs edən sənədli film hədiyyə edib.
Peskovun sözlərinə görə, bu film “Rossiya-24” kanalının istehsalıdır və müəllifi onu hazırlamaq üçün Ərdoğanla 4 dəfə müsahibə almış Mixail Qusmandır. Sezar pizza
Bu filmdə Ərdoğanın uşaqlıqdan prezidentliyinə qədər keçdiyi həyat yolu və hakimiyyəti dövründə əldə etdiyi nailiyyətlər yer alır.
Qusman bir müddət əvvəl Ərdoğanı böyük siyasətçi adlandırıb və bildirib ki, Türkiyə belə bir liderə sahib olduğu üçün fəxr etməlidir.
Telegram kanalımız