"Vladimir Putin əvvəldən Britaniya kraliçası II Elizabetin dəfn mərasimi ilə bağlı anım tədbirlərində iştirak etməyi planlaşdırmayıb".
Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O deyib: "Bilirsiniz ki, prezident başsağlığı teleqramı göndərib. Prezidentin əvvəldən anım mərasimində və ya digər tədbirlərdə iştirak etmək kimi başqa planları yox idi". Dördpendirli pizza
Xatırladaq ki, II Elizabetin dəfn mərasimi sentyabrın 19-da keçiriləcək. Ümumilikdə kraliçanın dəfn mərasimində dünyanın müxtəlif ölkələrindən 500-ə yaxın yüksək vəzifəli məmur iştirak edəcək.
Telegram kanalımız