Lavrov Mirzoyanla, Putin Paşinyana danışdı: ruslar yenə proseslərə aktiv müdaxilə edir.
Bu zənglərin bir səbəbi Blinken, ardınca köməkçisinin İrəvan və Bakı ilə danışması, Vaşinqtonun kommunikasiyaların açılmasında vasitəçilik təklifləridir. Moskva öz vasitəçiliyini və vasitəçilik etdiyi razılaşmaları Ağ Evə xatırladır.
Digər səbəbi Bakının cari tələbi olan 10 noyabr razılaşmasının 4-cü bəndinin icrası – erməni qoşunların Qarabağdan çıxarılmasıdır. Moskva anlayır ki, bu məsələdə irəliləyiş olmasa bölgədə gərginlik yenidən aktuallaşa və belə vəziyyətdə kənar vasitəçilərin önü açıla bilər. Sezar pizza
Putin də Paşinyanla “10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il üçtərəfli bəyanatların həyata keçirilməsinin bəzi praktiki aspektlərini” müzakirə edib.
Proseslərin bundan sonrakı inkişafını İrəvanın sərgiləcəyi mövqe müəyyən edəcək.
Asif Nərimanlı
Telegram kanalımız