"Rusiya, İran və Türkiyə prezidentləri Tehranda “Astana formatı”nda keçiriləcək görüşdə Ankaranın Suriyanın şimalında kürd birləşmələrinə qarşı yeni əməliyyat keçirmək planlarını müzakirə edəcəklər".
Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Moskva Suriya nizamlanmasının BMT Təhlükəsizlik Şurasının qətnamələrində və Astana formatının qərarlarında əksini tapmış baza prinsiplərini pozan istənilən hərəkətə qarşıdır. pizza hut
Uşakov əlavə edib ki, söhbət Suriyanın suverenliyinə, birliyinə və ərazi bütövlüyünə hörmətdən gedir.
Vladimir Putin iyulun 19-da Tehrana gedəcək və burada Suriya nizamlanması üzrə Astana prosesinin qarant dövlətlərinin liderlərinin görüşü çərçivəsində İran və Türkiyə liderləri İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.
O, həmçinin bu prezidentlərlə ikitərəfli görüşlər və İranın Ali rəhbəri Əli Xamnəi ilə görüşlər keçirəcək.
Telegram kanalımız