Xalq artisti Miri Yusif Amerikada yaşadfığı çətinliklərdən danışıb.
Yenisabah.az xəbər verir ki, o bu haqda qonaq olduğu “Qapqara” verilişində bəhs edib:
“ABŞ-a cavan Yusif olaraq getdim, müdrik Miri Yusif kimi qayıtdım. Ora bəlkələrin əlindən getmişdim. Həyatımın ən çətin zamanı idi. Düzdür, baxanlar deyəcəklər ki, sən o boyda Los-Ancelesdə yaşamısan. Amma elə deyil. Mənim orada çox çətin zamanlarım olub və fəxr edirəm ki, bunlardan keçmişəm. Orada cibimdə pul olmayanda bəzən parkların oturacağında yatmışam. Çox vaxt müxtəlif yerlərdə qab-qacaq yuyurdum, yerləri təmizləyirdim, ofisiant işləyirdim. Bu da gözəl təcrübə idi. Bu, olmalı idi. Oturacaqda uzananda özümə həmişə söyləyirdim ki, mən burada nə edirəm, buraya niyə gəlmişəm. Dördpendirli pizza
Amma sonra dedim ki, özüm özümə uduzsam, sonra peşman olaram. Nəticədə uduzmadım, əksinə, qazandım. Burada maddi məsələlər deyil, qazandığım başqa şeylərdir. Mən güclü oldum”.
Telegram kanalımız