Qabiliyyət imtahanlarına qeydiyyat davam edir  

saytların hazırlanması

Evə çatdırılma

Qabiliyyət imtahanlarına qeydiyyat davam edir  

Sosial

18 May 2022 15:15 803


2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün mayın 27-dək  qeydiyyatdan keçməlidirlər. 

Bu barədə Yenisabah.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Abituriyent təsviri sənət, musiqi sənəti, memarlıq, teatr, kino və xoreoqrafiya sənəti, bədən tərbiyəsi və idman istiqamətlərinin hər hansı biri üzrə qeydiyyatdan keçə bilər. Sezar pizza

Xatırladaq ki, buraxılış imtahanlarının (qəbul imtahanlarının) nəticələri iki il qüvvədə olduğu üçün ötən il buraxılış imtahanlarında iştirak edib müsabiqə şərtlərinə uyğun bal toplayan və xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd veriblərsə, qeydiyyatdan keçməlidirlər.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!