“Qaçqınkom“da vətəndaşların qəbulu keçirildi

saytların hazırlanması

Evə çatdırılma

“Qaçqınkom“da vətəndaşların qəbulu keçirildi

Sosial

29 Yanvar 2019 21:55 1043


Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib. 

“Yeni Sabah” xəbər verir ki, məcburi köçkünlərin sosial problemlərinin həlli, xüsusi ilə mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzil və ya fərdi evlərin verilməsi bu il də davam etdiriləcək. Bu məqsədlə yeni qəsəbələr salınır, yaşayış kompleksləri inşa olunur. Birinci vitse-prezident Mehriban Əliyeva müvəqqəti məskunlaşdıqları bina və tikililərin tamamilə yararsız hala düşdüyü müvafiq dövlət orqanı tərəfindən təsbit edilmiş, ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə ilk növbədə köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrasını daim nəzarətdə saxlayır. 

Yanvarın 29-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən növbəti qəbulda  iştirak edən vətəndaşlara bu barədə ətraflı məlumat verilib. Dördpendirli pizza

Vətəndaşları Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, aparat rəhbəri, şöbə və departament rəhbərləri qəbul ediblər. 

Dövlət Komitəsinin sədri və digər səlahiyyətli şəxslər vətəndaşları fərdi şəkildə qəbul edib, müraciətlərini dinləyiblər. Bütün müraciətlər müvafiq qaydada qeydə alınıb və rəsmiləşdirilib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!