Füzuli rayonunda qadını öldürüb qaçan yeniyetmə tutulub.
“Yeni Sabah” xəbər verir ki, ötən gün rayonun Horadiz şəhərində qadını zorlayıb öldürən şəxs tapılıb. Rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin kimliyi müəyyən edilib.
Həmin şəxs 16 yaşlı yeniyetmə olub, o gizlənsə də yeri müəyyən edilərək tutulub. Dominos pizza
İstintaqa təhvil verilən həmin şəxsin barəsində cinayət işi başlanaraq araşdırma aparılır.
Azyaşlı olduğu üçün hüquq-mühafizə orqanları adını açıqlamayıb.
Telegram kanalımız