“Qal, sənə qurban” mahnısının erməni əsilli müğənni tərəfindən mənimsənilməsi aradan qaldırıldı

saytların hazırlanması

Evə çatdırılma

“Qal, sənə qurban” mahnısının erməni əsilli müğənni tərəfindən mənimsənilməsi aradan qaldırıldı

Mədəniyyət

23 İyun 2025 16:42 757


Musiqisi bəstəkar Ələkbər Tağıyevə, sözləri şair Mikayıl Müşfiqə məxsus “Qal, sənə qurban” mahnısının erməni əsilli müğənni tərəfindən mənimsənilməsi aradan qaldırılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Bildirilib ki, erməni əsilli Kipr müğənnisi Ovik Dəmirçyan tərəfindən musiqisi bəstəkarı Ələkbər Tağıyevə, sözləri şair Mikayıl Müşfiqə məxsus “Qal, sənə qurban” mahnısını mənimsəyərək erməni mahnısı kimi təqdim edərək oxuyub və YouTube platformasında yunan dilində “Hara gedir” adı altında yayıb.

"Məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) texniki yardımı ilə O.Dəmirçyanın "Youtube" platformasında yaydığı qeyd edilən mahnı silinib", - məlumatda deyilib.

Aydan Hacıbalazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!