“Qalatasaray”ın prezidenti Azərbaycana təşəkkür etdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray”ın prezidenti Azərbaycana təşəkkür etdi - Fotolar

İdman

28 Mart 2023 21:46 931


Türkiyə “Qalatasaray”ının prezidenti Dursun Özbek "Qarabağ"la Bakıda keçirdikləri xeyriyyə oyunundan sonra Azərbaycana təşəkkür edib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı funksionerin adından klubun rəsmi “Twitter” hesabında təşəkkür məktubu paylaşılıb.

“Qardaş ölkə Azərbaycanın seçilən komandası “Qarabağ”la keçirdiyimiz və əldə edilən qazancı zəlzələdən zərər çəkmiş vətəndaşlarımıza bağışlanan dostluq oyunu, klubumuzu və icmamızı sevindirdi. Bakı Olimpiya Stadionunda təşkil olunan matça təşrif buyuraraq bizi şərəfləndirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Mehriban Əliyevaya, klubumuzu böyük nəzakətlə qarşılayan “Qarabağ”ın prezidenti cənab Tahir Gözələ və İdarə Heyətinə təşəkkürlərimizi bildiririk. Bundan əlavə, Bakıdakı coşqulu qarşılamaya və göstərdikləri böyük marağa görə Azərbaycan xalqını bir daha salamlayıram”, - məktubda qeyd olunub.

Xatırladaq ki, qarşılaşma “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!