“Rusiya qoşunları Ukraynanın digər işğal olunmuş ərazilərini tərk etmək fikrində deyillər. Beləliklə, bu, onlar üçün çətin döyüşlərin olacağını göstərir”.
Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, belə bir proqnozla Pentaqonun yüksək rütbəli nümayəndəsi brifinqdə çıxış edərək, Xersonun azad edilməsinin Ukrayna üçün mühüm nailiyyət olduğunu qeyd edib.
“Bizim hesablamalarımıza görə, rus qoşunları Dnepr çayının şərq sahilinə doğru irəliləyərək müdafiə xətlərini yaradıblar və bununla da ərazinin xeyli hissəsini, o cümlədən Xerson şəhərini ukraynalılara veriblər”, – o deyib. Dominos pizza
“Lakin Xerson şəhərinin azad edilməsi mühüm nailiyyətdir və Ukrayna xalqının və onun silahlı qüvvələrinin öz ölkəsinin müdafiəsi uğrunda mübarizədə dözümlülüyünün, qətiyyətinin və mətanətinin sübutudur”, – deyə Pentaqon nümayəndəsi əlavə edib.
Pentaqon rəsmisinə görə, çox güman ki, qışın yaxınlaşması ilə Ukraynada hərbi əməliyyatlar xeyli səngiyəcək. Eyni zamanda, amerikalı nümayəndə əmin edib ki, cəbhədəki vəziyyətdən asılı olmayaraq, dövlətlər Ukraynaya kömək etməkdə davam edəcəklər.
Telegram kanalımız