“Qanun” nəşriyyatının tərcüməçisi müəmmalı şəkildə ölüb - Ailəsindən   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Qanun” nəşriyyatının tərcüməçisi müəmmalı şəkildə ölüb - Ailəsindən AÇIQLAMA

Hadisə

28 Avqust 2026 01:56 108


"Qanun" nəşriyyatının tərcüməçisi Ziya Muradovun ölümü ilə bağlı xəbər yayılıb.

"Yeni Sabah" Lent.az-a istinadən xəbər verir ki, Ziya Muradov Quba ərazisində 17 nəfərlik turist qrupu ilə dağ yürüşündə olarkən həyatını itirib.

Ziya Muradovun bacısı Aytən xanım bildirib ki, hazırda Parisdə yaşayır və qardaşının ölüm xəbərini aldıqdan sonra ailəsinin yaşadığı Qazax şəhərinə gedib. pizza mizza

Onun sözlərinə görə, ailə Ziya Muradovun ölümünün bəzi məqamlarının müəmmalı olduğunu düşünür və hadisənin araşdırılması üçün aidiyyəti qurumlara müraciət edib.

Mərhumun bacısı, həmçinin Ziya Muradovun ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi məqsədilə onun qəbrinin eksqumasiya olunmasını istədiklərini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!