Qanunsuz ağac kəsmə ilə bağlı 65 cinayət işi açılıb

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz ağac kəsmə ilə bağlı 65 cinayət işi açılıb

Sosial

07 İyul 2023 11:21 743


2023-cü ilin 6 ayında qanunsuz ağac kəsmə ilə bağlı 108 məlumata baxılıb, 65 cinayət işi açılıb, 11-i üzrə araşdırma davam edir, digərləri üzrə isə müvafiq qərarlar qəbul edilib.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu Baş Prokurorluğun Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə keçirdiyi "Ekologiyanın mühafizəsi" ilə bağlı mətbuat konfransda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev deyib.

O bildirib ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi fəaliyyəti dövründə 274 cinayət işi başlanaraq istintaq edilməsi üçün aidiyyəti istintaq orqanlarına göndərilib. Eyni zamanda yaşıllıqların mühafizəsi ilə bağlı idarədə 6 inzibati xəta haqqında icraat başlanıb. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!