Qanunsuz erməni silahlı birləşmələrinə nəzarət gücləndirilir

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz erməni silahlı birləşmələrinə nəzarət gücləndirilir

Rəsmi

10 Dekabr 2022 13:45 731


Müdafiə naziri Zakir Həsənov Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətinin daim müşahidə edilməsi və nəzarətin daha da gücləndirilməsinə dair müvafiq tapşırıqlar verilib. 

Bu barədə Müdafiə Nazirliyindən Yenisabah.az-a verilən məlumatda bildirilib.

Nazir döyüş növbətçiliyi və gündəlik xidməti fəaliyyət zamanı yanğın və digər təhlükəsizlik qaydalarına ciddi riayət olunması, şəxsi heyətin ideoloji iş və mənəvi-psixoloji təminatının daha da gücləndirilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulayıb.

Z.Həsənov tərəfindən xidməti müşavirə zamanı azad edilmiş ərazilərdə görülən mühəndis tədbirlərinə dair konkret tapşırıqlar verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!