Qanunsuz nərə balığı satanlar cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz nərə balığı satanlar cəzalandırıldı

Sosial

01 Noyabr 2021 14:48 1593


Xaçmazda qanunsuz ovlanmış balıqların satışı ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə araşdırılıb.

Yenisabah.az-ın məlumatına görə, xidmət rəisi Hikmət Əlizadə bildirib ki, Xudat şəhərində fəaliyyət göstərən kənd təsərrüfatı bazarında aparılan araşdırmalar zamanı şəhər sakinləri Ramin Ağamalıyev və Elvin Yaqubov tərəfindən ovlanması qanunla qadağan olunmuş nərə balıqlarının satılması faktı aşkar olunub.

"Faktla bağlı akt tərtib edilib və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbir görülüb". pizza hut

H.Əlizadə onu da qeyd edib ki, qanunsuz balıq ovunun və satışının qarşısının alınması istiqamətində monitorinqlər davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!