Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında vətəndaşların qapalı məkanlarda tibbi maskalardan istifadə və gigiyena qaydalarına riayət etmələri ciddi şəkildə tövsiyə edilib.
Yenisabah.az-a açıqlamasında infeksionist Mərdan Əliyev verilən bu tövsiyənin çox düzgün, yerinə və zamanına uyğun olaraq atılmış addım olduğunu bildirib.
O deyib: “Yoluxma sayında artım vətəndaşların gigiyena qaydalarına riayət etməməsindən irəli gəlir. Bu tövsiyə xarakterli bir addımdır və məcburi deyil. Hər kim ki, xəstəliyə yoluxmaq istəmirsə, gigiyena qaydalarına, maskadan düzgün istifadəyə riayət edəcək. Dominos pizza
Qaydalara riayət etməməklə yalnız özümüzü deyil ətrafımızı, yaxınlarımızı da təhlükə qarşısında qoyuruq. Yoluxma sayında irəlidəki aylarda da artan statistika müşahidə etsək qapanmaların və maskalardan istifadənin məcbur olması qaçılmazdır”.
Nəsimi Ələsgərli
Telegram kanalımız