Çiçəklənən Ermənistan Partiyasının rəhbəri, iş adamı Qaqik Tsarukyan saxlanılaraq Ermənistanın İstintaq Komitəsinə aparılıb.
"Yeni Sabah" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə partiyanın mətbuat katibi İveta Tonoyan məlumat yayıb. O bildirib ki, siyasətçi evində aparılan axtarışlardan sonra saxlanılıb.
Vəkil Yerem Sarkisyan müvəkkilinin saxlanıldığını təsdiqləyib. Onun sözlərinə görə, istintaq orqanı Tsarukyan barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət verməyi planlaşdırır. pizza
Məlumata əsasən, Tsaxkadzorda Tsarukyana məxsus hotellər möhürlənib. Eyni zamanda, "Multi Group" konserninin tərkibində fəaliyyət göstərən onlarla şirkətin işi dayandırılıb və bu gündən etibarən təxminən 7 000 əməkdaş məcburi məzuniyyətə göndərilib./Oxu.az
Telegram kanalımız