“Qarabağ” Avropa Liqasındakı ev oyunlarını Kiprdə keçirəcək?

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” Avropa Liqasındakı ev oyunlarını Kiprdə keçirəcək?

İdman

15 Oktyabr 2020 20:31 1189


"Qarabağ" hərbi vəziyyətlə bağlı Azərbaycanda tətbiq olunan komendant saatına görə Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarını ölkədən kənarda keçirə bilər.

Yenisabah.az xəbər verir ki, bu barədə "Kerkida" nəşri məlumat yayıb. Bildirilib ki, qarşılaşmaların Kiprdə baş tutması istisna edilmir.

Nəşr Ağdam təmsilçisinin Türkiyə "Sivasspor" ilə görüşünün həmin ölkədə gerçəkləşməsi ehtimalının isə az olduğunu vurğulayıb. Toyuqlu pizza

"Qarabağ"ın Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov "Report"a açıqlamasında məlumatı təkzib edib: "Biz hazırda matçlarımızı evdə keçirməyi planlaşdırırıq. UEFA da evdə oynayacağımızı təsdiqləyib. Hazırda bizim burada çıxış etməyimizlə bağlı problem görsənmir. Dövlətimiz tərəfindən Azərbaycanda keçirilmiş hər hansı oyunla bağlı problem olmayıb".

Qeyd edək ki, "Qarabağ" İspaniyanın "Vilyarreal", İsrailin "Makkabi" (Tel-Əviv) və Türkiyənin "Sivasspor" klubları ilə birlikdə I qrupunda yer alıb. Azərbaycan çempionu evdə ilk oyununu oktyabrın 29-da La Liqa təmsilçisinə qarşı keçirəcək.

Xatırladaq ki, Azərbaycan çempionu ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirməlidir.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!