Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilir.
Yenisabah.az xəbər verir ki, təmsilçimiz "Qarabağ" da növbəti oyununa çıxıb.
Qurban Qurbanovun komandası Bakıda “Olimpiakos”u qəbul edib. Yunanıstanda rəqibini 3 cavabsız qolla məğlub edən Ağdam təmsilçisi bu görüşdə də qələbəni hədəfləsə də, oyun qolsuz başa çatıb. Bu nəticədən sonra "Qarabağ" UEFA Konfrans Liqasının pley-offuna vəsiqəni təmin edib. Sezar pizza
Qrupun digər oyununda “Nant” “Frayburq”u qəbul edib. Rəqibinə 4:0 hesabı ilə qalib gələn "Frayburq" pley-offa vəsiqə qazanıb.
13 oktyabr
Avropa Liqası
Qrup mərhələsi, 4-cü tur
G qrupu
20:45. “Qarabağ” (Azərbaycan) - “Olimpiakos” (Yunanıstan)
Baş hakim: Kreyq Pauson (İngiltərə)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
20:45. "Nant" (Fransa) - "Frayburq" (Almaniya)
Qol: Kubler, 26, Qriqorits, 71, Şade, 82, Yonq Vo-Yonq, 87
Telegram kanalımız