16 Avqust - 11:13
““Qarabağ“ bizi təəccübləndirmədi“ - Rəqib klubun kapitanı

““Qarabağ“ bizi təəccübləndirmədi“ - Rəqib klubun kapitanı

İdman

06 İyul 2022 13:23 606


"Lex"in kapitanı Maykl İshaq Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində ötən gün "Qarabağ"a qalib gəldikləri ilk matç (1:0) barədə danışıb. 

Yenisabah.az xəbər verir ki, 29 yaşlı hücumçu klubun rəsmi saytına açıqlamasında Ağdam təmsilçisinin oyununun onları təəccübləndirmədiyini deyib: 

"Bu matç üçün yaxşı planımız var idi. Qələbənin mükəmməl yolunu tapdığımızı hiss etdik. Sona qədər mübarizə apardıq və bu, qələbəyə gətirib çıxardı. “Qarabağ” bizi təəccübləndirmədi. Rəqib çox yaxşı komandadır, avrokuboklarda böyük təcrübələri var. Onlara topla oynamağa imkan verdik. Amma yaxşı nəticə əldə etdiyimiz üçün sevinirik".

Qeyd edək ki, "Qarabağ"la "Lex" arasındakı cavab oyunu iyulun 12-si Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Matç saat 20:00-da başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!