YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
“Qarabağ erməniləri bizim vətəndaşlarımızdır, onlarla nə vaxt danışacağımızı özümüz bilərik” - İlham Əliyev

“Qarabağ erməniləri bizim vətəndaşlarımızdır, onlarla nə vaxt danışacağımızı özümüz bilərik” - İlham Əliyev

Siyasət

06 Oktyabr 2022 18:32 1335


“Qarabağ erməniləri bizim vətəndaşlarımızdır, biz onlarla nə vaxt danışacağımızı özümüz bilərik”.

Yenisabah.az xəbər verir ki, bu sözləri oktyabrın 6-da Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azadlıq Radiosu” jurnalistinin sualına cavabında bildirib.

“Biz onlarla nə vaxt danışacağımızı özümüz bilərik. Bu, bizim daxili işimizdir. Hər hansı bir ölkə ilə bunu müzakirə etmək fikrində deyilik”, - Azərbaycan Prezidenti deyib.

“Bilirsiniz ki, bu gün görüş olacaq: Şarl Mişel, Emmanuel Makron, Paşinyan və mən. Bu görüşün nəticələri ümid edirəm ki, müsbət olacaq, irəliləyiş olacaq”, - Azərbaycan Prezidenti əlavə edib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!