“Qarabağ” “Marsel”lə səfər oyununu Fransada keçirə biləcək

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” “Marsel”lə səfər oyununu Fransada keçirə biləcək

İdman

01 Fevral 2022 10:40 680


“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə səfər oyununu Fransada keçirə biləcək.

Yenisabah.az xəbər verir ki, Fransa hökuməti "Marsel"in müraciətini müsbət cavablandıraraq, görüşün ölkədə keçirilməsinə icazə verib.

Fransanın idman naziri Roksana Marasinyanu da Çin və Rusiya peyvəndindən istifadə edən idmançıların ölkəyə gələ biləcəyini açıqlayıb. Onun sözlərinə görə, xarici idmançılar ölkələrində tam peyvənd təqvimini təqdim etmələri və ciddi sağlamlıq protokoluna əməl etmələri şərti ilə Fransaya buraxılacaqlar. Futbolçular qarşılaşmanın startından 24 saat əvvəl test verməlidirlər Sezar pizza

Xatırladaq ki, "Qarabağ"ın futbolçularına vurulmuş "Sinovac" vaksini Fransada tanınmır. Buna görə də, oyunun neytral ölkədə keçirilməsi variantı gündəmdə idi.

Qeyd edək ki, "Qarabağ"ın "Marsel"lə ilk oyunu fevralın 17-də səfərdə, cavab görüşü isə fevralın 24-də Bakıda olacaq. (qol.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!