Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Birinci Qarabağ müharibəsi əlilləri birdəfəlik ödənişlərin verilməsi ilə bağlı məlumat yayıb.
Yenisabah.az xəbər verir ki, proqram hərbi qulluqçuların sığortası ilə bağlı qanun qəbul edilən tarixədək - 1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldıqları xəsarətlə bağlı əlillikləri olmuş şəxsləri əhatə edir.
Sənədləri e-sistemdə mövcud olan şəxslərə bu ödəmə proaktiv şəkildə ödənilir. Sənədləri e-sistemlərdə olmayanlar isə sənədlərini aidiyyəti qurumlara müraciət etməklə elektronlaşdırır, bundan sonra Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniş həyata keçirilir. Bu barədə daha ətraflı məlumatı https://sosial.gov.az/post_576347 linkə daxil olmaqla öyrənmək olar. Toyuqlu pizza
Birdəfəlik ödəmə ilə təmin olunanlar arasında Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlı da var.
Telegram kanalımız