“Qarabağ“ - “Qalatasaray“ matçından 1 milyon manatdan çox gəlir əldə olunub

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ - “Qalatasaray“ matçından 1 milyon manatdan çox gəlir əldə olunub

İdman

06 Aprel 2023 10:45 872


"Qarabağ"ın "Qalatasaray"la Bakıda keçirdiyi xeyriyyə matçından (1:2) əldə olunan vəsaitin məbləği müəyyənləşib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Əvvəlcədən də bəyan edildiyi kimi, qazanılan pul Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə göndəriləcək. 

Görüşdən ümumilikdə 1.090.455  AZN, təxminən 12.336.000  Türkiyə Lirəsı əldə olunub. Bu gəlirlərdən bəziləri (Türkiyədə oyunun yayım hüququndan gələn və Türkiyədən verilmiş reklam gəlirləri) "Qalatasaray" tərəfindən açılmış yardım hesabına köçürüləcək.  Sezar pizza

Bilet satışı, meydan ətrafı reklam gəlirləri, həmçinin Azərbaycanda yayım haqqından gələn və digər gəlirlər isə qısa zamanda Türkiyədəki uyğun hesaba göndəriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!