“Qarabağ“ - “Qalatasaray“ oyununa 58 min bilet satılıb

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ - “Qalatasaray“ oyununa 58 min bilet satılıb

İdman

22 Mart 2023 21:53 1206


"Qarabağ" - "Qalatasaray" xeyriyyə matçı üçün bilet satışı davam edir. 

Qol.az-ın əldə etdiyi məlumata görə, artıq görüşə 58 min bilet satılıb (martın 16-dan indiyədək).

Qeyd edək ki, martın 26-sında Bakı Olimpiya Stadionunda keçiriləcək sözügedən görüş saat 20:00-da başlayacaq. Bilet satışından əldə olunacaq gəlir Türkiyədə baş verən zəlzələdən zərər çəkənlər üçün göndəriləcək.

Satış məntəqələri: 

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları; 

Iticket.az-ın satış məntəqələri; 

“Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın Fan-Şopu. 

Biletləri iticket.az-dan da əldə edə bilərsiniz. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!