Qarabağ Universiteti bu il əcnəbi tələbə qəbul edəcək?

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ Universiteti bu il əcnəbi tələbə qəbul edəcək?

Sosial

01 Avqust 2026 16:14 110


Qarabağ Universitetində hazırda əcnəbi tələbə təhsil almır.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Qarabağ Universitetindən məlumat verilib. 

Məlumata görə, universitet fəaliyyət göstərdiyi ilk iki tədris ilində əcnəbi tələbə qəbulu həyata keçirməyib. Bu səbəbdən də hazırda ali təhsil müəssisəsində əcnəbi tələbələr təhsil almır.  pizza

"2026/2027-ci tədris ili üçün Qarabağ Universitetinə əcnəbi tələbə qəbuluna dair elan verilməyib.

Ortamüddətli perspektivdə Qarabağ Universitetinə əcnəbi tələbələrin qəbulunun həyata keçirilməsi nəzərdə tutulur. Məsələ ilə bağlı müvafiq qərar qəbul edildikdə ictimaiyyətə məlumat veriləcək", - deyə məlumatda qeyd olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!