Qarabağ Universitetində işləmək üçün ilk vakansiya elan edildi

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ Universitetində işləmək üçün ilk vakansiya elan edildi

Sosial

28 Fevral 2024 18:21 595


Qarabağ Universitetində proqram rəhbəri vəzifəsi üzrə vakansiya elan edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, tələblərə cavab verən namizədlər müraciətlərini karabakh@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər. Toyuqlu pizza

Vakansiya üzrə son müraciət tarixi martın 15-dir. Namizədlər ətraflı məlumatla bu link vasitəsilə tanış ola bilər.

Qeyd edək ki, Qarabağ Universiteti işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi məqsədilə Azərbaycan Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Universitet Xankəndi şəhərində fəaliyyət göstərəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!