“Qarabağ” önə keçdiyi matçda “Vilyareal”a uduzdu - Yenilənib
29 Okt 2020 23:50
802

“Qarabağ” önə keçdiyi matçda “Vilyareal”a uduzdu - Yenilənib

Bu gün Avropa Liqasında qrup mərhəlisinin 2-ci turunun oyunları keçirilib.

Yenisabah.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" da növbəti matçına çıxacaq. Qurban Qurbanovun komandası qrupun favoriti hesab olunan "Vilyarreal"ı qəbul edib.

Bu, Ağdam təmsilçisinin qrupda ilk ev görüşü olub. Lakin İspaniya klubu ilə qarşılaşma Dağlıq Qarabağda baş verən hadisələr səbəbindən Azərbaycanda deyil, Türkiyədə baş tutub.

Matçda komandamız hesabı açsa da, qonaqlar 3 qol vuraraq qalib gəliblər.

Paralel keçiriləcək qrupun digər oyununda isə "Sivassppor" (Türkiyə) "Makkabi"ni (İsrail) qəbul edib. Bu görüşdə də qonaqlar qalib gəlib - 1:2.

29 oktyabr

Avropa Liqası

Qrup mərhələsi, 2-ci tur

I qrupu

21:55. “Qarabağ” (Azərbaycan) – “Vilyarreal” (İspaniya) - 1:3

Qollar: Ovusu Kvabena, 78, - Yeremi Pino, 80, Pako Alkaser, 85, 90+6-pen.

Baş hakim: Pavel Orel (Çexiya)

İstanbul. “Başakşəhər Fatih Terim” stadionu 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər